Cia.az xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinə rayonun ərazisində olan hotellərin birində qadının ölməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gedib:
“İlkin araşdırmalar nəticəsində ölən şəxsin 2003-cü il təvəllüdlü xanım olduğu müəyyən olunub. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Faktla bağlı araşdırmalar davam etdirilir”.
Digər mənbədən isə bildirilib ki, xanım hamamda çimərkən ölüb. İlkin ehtimallara görə, o, dəm qazından boğulub.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.