Rayonlardan gələn sürücülər paytaxta daxil ola bilməyəcək- RƏSMİ
Rayonlardan Bakıya gələn sürücülər müəyyən vaxtlarda paytaxta daxil ola bilməyəcəklər.
Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı Oruc Zalov sürücülərə müraciət edib. Cia.az-ın məlumatına görə, O.Zalov bildirib ki, Bakıda keçiriləcək Birinci AvropaOyunları vaxtı və bu ərəfədə narahatlıq doğuran məsələlərdən biri də nəqliyyat vasitələrinin parkinq edilməsi və tıxaclarla bağlıdır: "Oyunlar vaxtı müəyyən yerlərdə tıxaclar yarana bilər. Buna görə də ancaq ərzaq, yanacaq məhsulları kimi strateji məhsulların daşınması üçün xüsusi icazəsi olan yük maşınları şəhərə buraxılacaq. Minik avtomobillərinə gəlincə, biz Bakıdakı bütün sürücülərə, bütün vətəndaşlara müraciət edirik ki, tıxacda, günün altında saatlarla qalmamaq üçün minik maşınlarından maksimim az istifadə etsinlər. İyun ayı belə olacaq və indidən bu işə qoşulsalar, özlərini sınaqdan keçirsələr, yaxşı olar".
Nazir müavini rayonlardan gələn nəqliyyat vasitələrinin günün müxtəlif vaxtlarında paytaxta buraxılmayacağını da bildirib: "Rayonlardan Bakıya gəlmək istəyən sürücülərə müraciət edirəm. Onların şəhərə daxil olması müəyyən vaxtlarda mümkün olmayacaq. Ona görə də bəri başdan ictimai nəqliyyata uyğunlaşsalar, yaxşı olar. Biz şəhərin kənarında yerlər də təşkil edəcəyik ki, maşınları saxlasınlar və ictimai nəqliyyatla mərkəzə gəlsinlər".
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.