“Bakı-2015” Avropa oyunları ilə bağlı klip çəkdirən müğənni Röya onu tənqid edənlərə sərt ismarıc göndərib.
İfaçı sosial şəbəkədə insanları Azərbaycana dəstək olmağa çağırıb:
“Ağılsız, yalnız pulu düşünən və özünü azərbaycanlı adlandıranlara səslənirəm. Azərbaycan gələcəyi üçün Birinci Avropa Oyunlarını keçirir. Bəs siz Azərbaycan üçün nə etmisiniz? Hər kəs oyunlara gücü çatan kimi dəstək olur. Bunu başa düşmək üçün gərək adam olasan. Sözlərimi pis başa düşməyin, böyük-böyük danışdımsa, üzr istəyirəm. Bəziləri deyir ki, Avropa oyunları nəyimizə lazımdır? Bu sözləri eşidəndə dəli oluram. Hər idmançıya dəstək lazımdır, onları ruhdan salmayın”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.