banner
banner

Sosİal

SON DƏQİQƏ! Əhaliyə ŞAD XƏBƏR verildi - Bu cərimələriniz silinə bilər

SON DƏQİQƏ! Əhaliyə ŞAD XƏBƏR verildi -

Azərbaycanda xüsusi karantin rejimi zamanı qaydalara əməl etməyən vətəndaşlar adiyyəti qurumlar tərəfindən cərimələnib.

Ölkədə karantin qadağaları ləğv edilsə də pandemiya zamanı tətbiq edilən cərimələlər hələ də aktualdır.

Bəzi vətəndaşlar pandemiya dövründəki cərimələrini ödəmədiyi üçün onların dövlət tərəfindən silinməsinə ümid edir. Bu cərimələrin dövlət tərəfindən silinməsi nə ədər realdır? Belə bir hal baş verə bilərmi?

Bu suallara cavab tapmaq üçün Mili Məclisin insan hüquqları komitəsinin üzvü, deputat Hikmət Babaoğluna müraciət etdik.

Cia.az xəbər verir ki, millət vəkili BAKU.WS-ə bildirib ki, pandemiya ümumi bir bəla idi və ondan qorunmağın müxtəif inzibati vasitələri var idi: "Ölkəmiz 3 ilə yaxın davam edən koronavirus pandemiyası zamanı bunu tətbiq etdi və yaxşı nəticələr əldə etdi. Vətəndaşlarımızın səhhəti qorundu, pandemiya zamanı digər ölkələrlə müqayisədə ölüm halları az oldu.

Həmin dövrdə zəruri olan və tətbiq edilən pul cərimələri vətəndaşı cəzalandırmağa deyil, səhhərinin qayğısına qalmağa, xəstəliyin yayılmasının qarşısını almağa hesablanmışdı. Fikrimcə, indiki dövrdə bu vaxta qədər ödənilməmiş cərimələrin silinməsi mümkündür. Əslində ortada elə də böyük məbləğ olmayacaq. Şübhəsiz ki, dövlətimizin məqsədi vətəndaşa cərimə tətbiq etmək deyil, onun səhhətini qorumaq idi. Buna görə, həmin cərimələrin silinməsi mümkündür".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İlham Əliyev: Bu gün bizim yeni vəzifələrimiz var

Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur.

Nikaha dair prosedurlar dəyişdi

Nikaha daxil olmaq istəyən tərəflərin tibbi müayinədən keçmələri barədə arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsi tərəfindən Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyindən isə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.

Müavinət və təqaüd alanların NƏZƏRİNƏ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün tam ödənilib.

Həftəsonu hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 27-28-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.