banner
banner

Sosİal

Bu rayonlarda ağaclar qanunsuz kəsilib

Bu rayonlarda ağaclar qanunsuz kəsilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri növbəti nəzarət tədbirləri zamanı Lənkəran, Biləsuvar, Xaçmaz və İsmayıllı rayonları ərazisində ağacların qanunsuz kəsildiyini müəyyən edib.

Bu barədə Cia.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Lənkəran rayonu, Günəhir bələdiyyəsinin mülkiyyətində olan ərazidə vətəndaş Fikrət Fərəczadə, Biləsuvar rayonu, Arazbari kəndinin ərazisində “Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC, Xaçmaz rayonu, Bayoba bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində Xıdır Qurbanov, İsmayıllı rayonu, Zoğallıq bələdiyyəsinin mülkiyyətində olan sahədə isə İsfahan Əzizov tərəfindən kəsildiyi məlum olub.

Faktlarla bağlı akt tərtib edilib, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İlham Əliyev: Bu gün bizim yeni vəzifələrimiz var

Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur.

Nikaha dair prosedurlar dəyişdi

Nikaha daxil olmaq istəyən tərəflərin tibbi müayinədən keçmələri barədə arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsi tərəfindən Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyindən isə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.

Müavinət və təqaüd alanların NƏZƏRİNƏ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün tam ödənilib.

Həftəsonu hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 27-28-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.