banner
banner

Sosİal

Əhaliyə maaş və pensiyalarla bağlı ŞAD XƏBƏR

Əhaliyə maaş və pensiyalarla bağlı ŞAD XƏBƏR

"Azərbaycanda artan iqtisadi və maliyyə imkanlarının artması nəticəsində büdcədə 2 milyard manatdan artıq profisit yaranıb".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Deputat əlavə edib ki, cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2023-cü ilin dövlət büdcəsinə əlavə düzəlişlər layihəsinin hazırlanması qərara alınıb və yaxın günlərdə layihə Milli Məclisə müzakirə olunacaq:

"Dürsütləşmə nəticəsində ilk növbədə əlavə vəsaitlər azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin miqyasının daha da artırılması üçün əlavə maliyyə mənbəyinin təmin edilməsi olacaq.
Hazırda bu istiqamət üzrə büdcədə nəzərdə tutulmuş xərclərin məbləği 3 milyard manatdır, dürüstəşmədən sonra bu rəqəmin 4,5 milyard manata çatdırılacağı, hətta bir qədər də artıq olacağı nəzərdə tutulur.

Mövcud büdcə xərclərində ölkənin müdafiə potensialının və hərbi imkanların möhkəmləndirilməsi də əsas prioritetdir. Həmçinin, büdcəyə dürüstləşmədən sonra xərclərin bir qismi sosial sahədə bəzi prioritet istiqamətlər üzrə xərclərin də artırılması istisna olunmur, əhalinin aztəminatlı və həssas sosial qruplarının sosial müdafiə və təminatının daha da yaxşılaşdırılması məqsədilə bu istiqamətdə əlavə maliyyələşmənin təmin edilməsi də mümkündür. Nəticədə maaş və pensiyaların artımı ilə bağlı vəsaitlər də həmin xərclərdə yer ala bilər".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İlham Əliyev: Bu gün bizim yeni vəzifələrimiz var

Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur.

Nikaha dair prosedurlar dəyişdi

Nikaha daxil olmaq istəyən tərəflərin tibbi müayinədən keçmələri barədə arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsi tərəfindən Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyindən isə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.

Müavinət və təqaüd alanların NƏZƏRİNƏ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün tam ödənilib.

Həftəsonu hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 27-28-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.