banner
banner

Sosİal

Quru sərhədlərlə bağlı SON DƏQİQƏ XƏBƏRİ - Sentyabrdan....

Quru sərhədlərlə bağlı SON DƏQİQƏ XƏBƏRİ -

Hazırda ölkədə vətəndaşların böyük əksəriyyətini maraqlandıran mövzulardan biri də quru sərhədlərinin hələ də açılmamasıdır.

Qeyd edək ki, quru sərhədlərinin bağlanması pandemiya dövründə tətbiq olunan məhdudiyyətlərdən biri idi. Baxmayaraq ki, karantin rejimi ilə bağlı əsas məhdudiyyətlər artıq aradan qaldırılıb, lakin hələ də sərhədlərin açılması, gediş-gəlişin tam şəkildə bərpa olunması əsas problemlərdən biri kimi qalır.

Milli Məclisin deputatı Fazil Mustafa Referans.az-a açıqlamasında bildirib ki, sərhədlərin açılması mövzusu hələ də öz aktuallığını qoruyur və bununla bağlı yeniliklər yaxın zamanda gözlənilmir:

“Sərhədlərin açılması mövzusu, xüsusilə, növbəti sentyabr ayından başlayaraq təhsil almağa gedən tələbələri, müalicə almaq üçün xaricə üz tutan xəstələri ciddi şəkildə narahat edir. Turistik səfərləri müəyyən qədər başa düşmək olar. Amma bu kateqoriyadan olan insanlar üçün mütləq bir həll yolu düşünülməlidir. Quru sərhədlər açılmalıdır. Çünki bu məsələ ciddi şəkildə insan taleyinə təsir edən, onların problem yaşamasına gətirib çıxaran bir haldır və bunun qarşısını da biz hansısa formada almalıyıq. Mütləq şəkildə sərhədlərin açılması bu kateqoriyadan olan insanlar üçün təmin etməliyik”.

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.