Bakıda, 8-ci kilometr bazarının bir hissəsində süd və süd məhsullarının satışı qadağan edilib.
Cia.az Xəzər TV-yə istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları hüquqi şəxs "Nəzrin-E" MMC-yə məxsus həmin hissədə planlı yoxlama aparıb.
Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının pozulduğu müəyyən edilib.
Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov "Xəzər Xəbər"ə bildirib ki, araşdırma zamanı həmçinin bazarın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.
Nəticədə həmin yerdə süd və süd məhsullarının satışı qadağan edilib.
Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, bu cür planlı yoxlamalar davam etdiriləcək.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.