banner
banner

Sosİal

Xətai rayonunda baş verən yanğınla bağlı RƏSMİ MƏLUMAT

Xətai rayonunda baş verən yanğınla bağlı RƏSMİ MƏLUMAT

Xətai rayonunda baş verən yanğında iki mənzil yanıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin növbətçisi Ramazan Ramazanov deyib.

Onun sözlərinə görə yanğınla bağlı məlumat saat 00:10 radələrində daxil olub.

"Hadisə yerinə çatarkən binaların həyətində park edilmiş avtomobillər yanğın texnikasının həyətə daxil olmasına maneə yaradıb. Bu səbəbdən bir az ləngimə olmuşdur. Yanğın iyirmimərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində baş vermişdir. Üçotaqlı studiya mənzildə 2 otaq, mətbəx, dəhliz yanıb və bir otaq yanğından mühafizə edilib. Bundan əlavə 19-cu mərtəbədə yerləşən mənzilin plastik pəncərə çərçivəsi və 1 kvadratmetr döşəməsi yanmışdır. Yanğının söndürülməsinə Bakı Regional Qrupunun əməkdaşları da cəlb edilib. Bundan əlavə sakinlər təxliyyə edilib. Üç nəfər mühafizəçi tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib", - deyə qeyd olunub.

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.