banner
banner

Sosİal

"20 yanvar" ərazisi bağlandı- FOTOLAR

"20 yanvar" ərazisi bağlandı-

"Azəryolservis" ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə təmir-tikinti işləri davam etdirilir.
Qurumdan verilən məlumata görə, kompleks tədbirlərdən biri Yasamal rayonu Müzəffər Həsənov küçəsində həyata keçirilir.

Bir müddətdir nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanan Müzəffər Həsənov küçəsinin Moskva prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinə qədər olan 300 metrlik hissəsi sabahdan tam yeni görkəmdə sürücülərin ixtiyarına veriləcək.

Sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınıb, yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə 6500 kvadrat metrlik hissədə yeni asfalt örtüyü salınıb, yol boyu səki daşları yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, səkilər və yol kənarlarında abadlıq işləri həyata keçirilib.

Bundan öncə işlər Müzəffər Həsənov küçəsinin Şərifzadə küçəsinin kəsişməsindən Dadaş Bünyatzadə küçəsinin kəsişməsinədək olan 350 metrlik hissəsində aparılıb. Sözügedən ərazidə də “Azəryolservis” ASC tərəfindən anoloji işlər görülüb. Burda təqribən 4500 kvadrat metrlik əraziyə yeni asfalt-beton örtüyü döşənib. Müzəffər Həsənov küçəsinin hər iki hissəsində ümumilikdə 1 min paqon-metr yeni səki daşları düzülüb, kommunikasiya xətlərinin 11 baxış qapağı dəyişdirilib.

Analoji işlərin küçənin Dadaş Bünyadzadə küçəsi ilə kəsişməsindən “Şamaxinka” ərazisinə qədər olan hissəsində də aparılması nəzərdə tutulub. Bu məqsədlə sözügedən ərazi nəqliyyat vasitələrinin hərəkəti üçün sabahdan etibarən bağlanacaq.

Təmir-tikinti işlərin tez bir zamanda yekunlaşdırılması planlaşdırılır.





Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.