banner
banner

Şou

Ebru Gündeşin ərinin keçmiş arvadı danışdı - FOTO

Ebru Gündeşin ərinin keçmiş arvadı danışdı -

Məşhur türkiyəli sənətçi Ebru Gündeş və iş adamı Murat Özdemir cütlüyü ötən günlərdə Dubayda ailə qurub.

Cütlük toydan sonra paylaşım edərək evlilik iddialarını təsdiqləyib.

Gündeşlə Özdemirin evləndiyi dəqiqələrdə Murat Özdemirin keçmiş arvadı Selin Kabaklı “Instagram” hesabında paylaşım edib.

“Ya Rəbbim, yol sənin, qul sənin, cəza sənin”, - deyə o, paylaşımda bildirib və bu sözləri gündəm olub.

Qeyd edək ki, Murat Özdemirin Selin Kabaklı ilə evli olduğu müddətdə Ebru Gündeşlə eşq macərası yaşadığı iddia edilib.

Xəyanətə məruz qaldığı iddia edilən Selin Kabaklı bununla bağlı açıqlama verib. 2002-ci ilin “Best model” gözəli seçilən 36 yaşlı və bir uşaq anası olan Kabaklı təfərrüatları paylaşmayıb.

“Bu mənim ilk və son açıqlamamdır. Ümid edirəm ki, Ebru abla mənə yaşatdıqlarını və yaşadılanları yaşamaz. Hər kəsin yolu açıq olsun”, - deyə o vurğulayıb.//Oxu.az

 
 
 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.