banner
banner

Şou

"Dado ilə əl-ələ verib uşağımızı böyüdürük" - Natavan Həbibi

"Dado ilə əl-ələ verib uşağımızı böyüdürük" - Natavan Həbibi

"Baxırsan ki, boşanıblar, amma necə gözəl münasibətləri var. Biz niyə etməyək? Nə olsun ki, boşanmışıq, amma belə mehriban da yaşamaq olur. Mədəni şəkildə, uşaqlar travmasız böyüyür. Bütün bunlara rəğmən uşaqlar rahatcasına hər iki valideyinini sevə bilsinlər. Niyə axı biz düşməncəsinə, hamının ürəyini bulandıraraq, çirkin söhbətləri üzə çıxartmalıyıq? Bunları etmədik".

Bu sözləri müğənni Natavan Həbibi "Xəbərin var?" proqramında qonaq olarkən deyib.

Sənətçi ayrıldığı həyat yoldaşı, reper Dado (Səid Əliyev) ilə münasibətərindən danışıb:

"Dado ilə münasibətlərimizdə artıq o nöqtəyə gəlib çatmışıq ki, bölüşməyə, araşdırmağa da, bir-birimizi günahlandırmağa da bir şeyimiz yoxdur. Bizdə hər şey aydındır. Ona görə biz əl-ələ verib yavaş-yavaş uşağımızı böyüdürük. Övladımıza gözəl şeylər yaşatmağa çalışırıq. Oğlumuz bizim münasibəti gözəl görməlidir ki, biz bir-birimizə hörmətlə baxa bilək. Təki belə də davam olsun". (Axşam.az)

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.