banner
banner

Sosİal

“Azəriqaz”la bağlı ödənişlərdə PROBLEM yaranıb - RƏSMİ AÇIQLAMA

“Azəriqaz”la bağlı ödənişlərdə PROBLEM yaranıb - RƏSMİ AÇIQLAMA

Son iki gündür, abonentlər qaz sayğaclarına ödənişlərin mümkün olmadığını iddia edirlər.

Cia.az xəbər verir ki, bu barədə Oxu.Az-a bir neçə vətəndaş tərəfindən şikayət daxil olub. Vətəndaşlar iddia edirlər ki, smart-kart tipli sayğaclara ödəniş etmək istəyən zaman sözügedən problemlə qarşılaşırlar. Nə terminallardan, nə də mobil telefon üzərindən müvafiq tətbiqlər vasitəsilə ödənişi həyata keçirmək olur.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Abonent Bazasına Xidmət Şöbəsinin rəisi Oqtay İbrahimov açıqlamasında bildirib ki, iki gündür, proqram üzərində aparılan müvafiq işlərdən dolayı abonentlər müvəqqəti narahatlıqla üzləşiblər:

“Dünən bu problem smart-kart tipli sayğaclara ödəniş edilməsi prosesində olub, lakin bu gün həmin sayğaclara ödəniş edilməsində hansısa problem yoxdur. Ümumilikdə serverin yeri dəyişdirildiyi üçün bağlantı (şəbəkə) məsələsində müəyyən fasilələr yaranır deyə bu cür şikayətlər meydana gəlir. Hazırda smart-kart tipli sayğaclara ödənişlərdə problem yoxdur. Lakin bildirişli, abonent kodu ilə aparılan ödənişlərdə müəyyən zamanlarda əlaqə qırılır, yenidən bərpa edilir.
Hazırda problemin həll olunması üçün aidiyyəti şöbənin əməkdaşları çalışırlar, təəssüf ki, dəqiq vaxt demək mümkün deyil”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Küləkli hava nə vaxtadək davam edəcək?

Milli Hidrometeorologiya Xidmətinin mayın 01-i saat 08:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi əsir.

Bu həftə 6 gün işləyəcəyik?

Bu il 9 May - Qələbə Günü (bayram günü) həftənin 4-cü günə təsadüf edir, mayın 11-i və 12-si isə istirahət günləridir.

Sürücülərin diqqətinə: Bu halda polis sizə cərimə yaza bilməz

Sürücünün yolda piyadaya yol verərkən, başqası ona güzəşt etdiyi halda "təşəkkür" bildirərkən və s. belə hallarda qəza dayanma işıqlarını yandırmasına görə cərimə yazıla bilərmi? Buna görə sürücüyə cərimə yazıla bilməz. Qəza dayanma işıqlarından (dönmə işıqlarından) bu məqsədlə istifadə nəzərdə tutulmasa da, bunu edənlərə heç bir cərimə yazmaq olmaz. Əksinə, bu, bəzən əlavə diqqət çəkən bir üsuldur, normal qarşılanmalıdır, çünki buna ehtiyac olmasa da, problem də deyil.