banner
banner

Sosİal

Bu ərazilərdə yerləşən sənədsiz EVLƏR SÖKÜLƏ BİLƏR - AÇIQLAMA

Bu ərazilərdə yerləşən sənədsiz EVLƏR SÖKÜLƏ BİLƏR - AÇIQLAMA

Bakı və ətraf ərazilərdə çoxsayda sənədsiz evlər mövcuddur. Bu sənədsiz evlər müvafiq kateqoriya üzrə qadağan olunan ərazilərdə tikildiyi üçün vətəndaşlar çıxarış ala bilmir və həmin evlər sökülür. Artıq Azərbaycanda sənədsiz evlərin sökülməsi ilə bağlı müavfiq işlər görülür və bu barədə təkliflər aktuallaşıb. Bəs hansı ərazilərdə yerləşən sənədsiz evlər söküləcək?

Cia.az xəbər verir ki, mövzu ilə bağlı sonxeber.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, hazırda sənədsiz evlərin sayı demək olar ki, Bakının bütün rayonlarında mövcuddur:

"O evlərin sökülə bilər ki, onlar kommunikasiya xətləri, yüksək gərginlikli elektrik xətləri və qaz kəmərlərinin üzərində yerləşirsə, o cümlədən neft şirkətlərinin istifadəsinə ayrılan torpaq sahələrinin gələcəkdə sökülməsi həyata keçirilə bilər. Bu yanaşma belədir ki, əgər hansısa qaz kəmərinin yaxud su kəmərinin yerinin dəyişdirilməsi mümkün olarsa və həmin ərazilərdə evlər daha çoxdursa bu məsələlər həll edilə bilər. Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı işlər Nazirlər Kabinetindədir. Yəqinki hökumət rəsmilərinin bu barədə yanaşmasından bəlli olur ki, il ərzində həmin məsələlərin yekunlaşması başa çatdırılacaq. Çünki bununla bağlı Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyəti və komissiyaları müvafiq işləri yekunlaşdırıb. Həmin sənədlər baxılması üçün aidiyyəti qurumlara təqdim edilib. Böyük ehtimalla bununla bağlı hökumətin qərarı olacaq. Hansı ərazilərdə sənədsiz evlərin sökülməsi isə böyük ehtimalla həmin sənəddə öz əksini tapacaq. Artıq Bakının hər yerində demək olar ki, sənədsiz evlər mövcuddur. Xüsusilə Sabunçu, Suraxanı və Abşeron rayonunda belə hallar daha çoxdur".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu həftə 6 gün işləyəcəyik?

Bu il 9 May - Qələbə Günü (bayram günü) həftənin 4-cü günə təsadüf edir, mayın 11-i və 12-si isə istirahət günləridir.

Sürücülərin diqqətinə: Bu halda polis sizə cərimə yaza bilməz

Sürücünün yolda piyadaya yol verərkən, başqası ona güzəşt etdiyi halda "təşəkkür" bildirərkən və s. belə hallarda qəza dayanma işıqlarını yandırmasına görə cərimə yazıla bilərmi? Buna görə sürücüyə cərimə yazıla bilməz. Qəza dayanma işıqlarından (dönmə işıqlarından) bu məqsədlə istifadə nəzərdə tutulmasa da, bunu edənlərə heç bir cərimə yazmaq olmaz. Əksinə, bu, bəzən əlavə diqqət çəkən bir üsuldur, normal qarşılanmalıdır, çünki buna ehtiyac olmasa da, problem də deyil.

Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - SU QİYMƏTİNƏ...

Son vaxtlar Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində evlərin kütləvi şəkildə satışa çıxarılması müşahidə olunur. Bir neçə il öncəyə kimi Abşeronda mənzil və həyət evi satışında “liderlərdən” olan Xırdalan şəhərində hazırda tam əks tendensiya hökm sürür. Vəziyyəti tam müşahidə çetmək üçün mənzil satışı ilə məşğul olan bir neçə saytı ziyarət etmək kifayətdir. Üstəlik, bu cür evlər bazar dəyərindən olduqca ucuz qiymətə təklif olunur.