banner
banner

Cəmİyyət

“Bakı Sığorta” vətəndaşları aldadır- FOTOFAKT

“Bakı Sığorta” vətəndaşları aldadır-

"Sığortalı həyat qəzasız həyat deyil, qəzaya hazırlıqlı həyatdır" şüarlı reklamlarla tez-tez qarşılaşırıq.

Bəli, bu şüara aldanıb hamı özünü qəza və hadisələrdən sığortalayır.

Lakin hadisə baş verdikdə qəzaya hazırlıq vəd  edən bəzi sığorta şirkətlərinin sığorta pulunu ödəməkdən boyun qaçırmaq üçün bəhanələri saya gəlmir.

Vətəndaş Qocayev Sərxan “Bakı Sığorta” şirkətindən redaksiyamıza şikayət məktubu ünvanlayıb. Vətəndaşın iddiasına görə O, “Bakı Sığorta” şirkətinin yalan vədlərinin qurbanına çevrilib.Məktubda vətəndaş “Bakı” Sığorta şirkəti  tərəfindən aldadıldığını, hüquqlarının pozulduğunu iddia edir.  Öz şəxsi avtombilini sığorta etdirən Qocayev Sərxan  bu ilin mart ayının 30 -da Bakı-Qazax yolunda   qəzaya düşüb.  Hadisə nəticəsində Qocayev Sərxanın avtomobilinə 21 min manat civarında ziyan dəysə də, “Bakı Sığorta” burada da öz xeyrinə işləməyi bacarır. Dəyən ziyan 12 min manat hesablanır. Maşına dəymiş zərəri öz servislərində aradan qaldırmaq adı ilə külli miqdarda vəsaiti mənimsəyirlər.

Sonradan həmin pul sığorta şirkətində kimlərin  cibinə qayıdır, bax bu müəmmalı suala cavab axtarışındayıq.

“Bakı Sığorta” şirkətinin müdiri Natiq Quliyev görəsən rəhbərlik etdiyi şirkətin özbaşınalıqlarından xəbərdardırmı???

Hər halda, şirkətdə cərəyan edən hadisələr müdir subyektindən kənar baş vermir.

Maraqlıdır, “Bak Sığorta” şirkətinin rəhbərliyi kimə və nəyə güvənərək Azərbaycan Respublikasının qanunların kobud sürətdə pozur? vətəndaşlara hər hansı ziyan dəyəndə onların zərərini qarşılamaq istəmirlər. Halbuki həmin pullar vətəndaşlardan yığılır.
Sərxan Qocayevə məxsus avtomobilə dəyən ziyanın 21 min manat civarında olduğunu “Atəşgah”  Sığorta təsdiqləyir. “Atəşgah” sığortanın dəyən ziyanın məbləğini təsdiqləməsinə baxmayaraq, “Bakı Sığorta” dəyən ziyanı inkar edir. Tərkibində olan avtoservislə əlbir olaraq qiymətləndirməni 12 min manat hesablayır.

Avtomobilinə ziyan dəyən şəxsin öz müraciət etdiyi servis və “Atəşkah” sığortanın hər ikisinin dəyən zərərə verdiyi qiymət 20150 manat olduğu halda, “Bakı Sığorta” məbləği öz xeyrinə dəyişir.

 

 

 Qeyd edək ki, avtomobilin həm icbari, həm kasko sığortası var.Sərxan Qocayevə məxsus  “Range Rover “ markalı  avtomobil öz servisində diaqnostika olunub, təmir olunmalıdır. Avtomobilə düzgün diaqnoz qoyulması üçün müvafiq təlim keçmiş ixtisaslı ustaların və orijinal ehtiyat hissələrinin olduğu rəsmi servisə yönləndirilməli idi.  Lakin hər fürsətdə öz çıxarını güdən, mənfəət arxasınca sürünən sığorta şirkəti vətəndaşı aldatmaq üçün min cür yalana əl atır.

Bu artıq insanlıqdan, işin peşəkarlığından kənar bir hərəkətdir.

 “Bakı Sığorta” sayəsində qəza baş verdikdə sığortalı həyatın heç də qəzaya hazırlıqlı həyat olmadığınının şahidi olduq. Bu neqativ halla, sığorta şirkətinin öhdəliklərini yerinə yetirmədiyi faktına vətəndaş Qocayev Sərxanın başına gələn hadisədə əyani şahid olduq.

Müxtəlif üsullarla pul qazanmaq istəyi əksər sahələrə təzahür etdiyi kimi, sığorta şirkətlərindən də yan keçmir. “Bakı” Sığorta şirkəti də vətəndaşları aldatmaq, maxinasiyalar etmək üsulu  ilə asan pul qazanır.

Onu da vurğulayaq ki, “Bakı Sığorta” şirkəti ən çox şikayət olunan sığorta şirkətləri siyahısında ön sıralardadır.

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ... - İLGİNC FAKTLAR

Azərbaycanda medianın diqqət mərkəzində olan dövlət maliyyəli təşkilatlardan biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir. Ölkədə yol çəkilişlərinin, körpü və qurğuların tikintisinin mühüm hissəsini həyata keçirən bu qurumun fəaliyyəti bəzi iqtisadçı ekspertlərin fikirlərinə görə qeyri-şəffafdır. Belə ki, bu ekspertlərin iddialarına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi satınalmalar və ya birbaşa müqavilələr əsasında yerinə yetirdiyi sifarişlərin smetalarını real dəyərindən dəfələrlə artıq yazır.

“20 Yanvar”dakı binanı göstərib, “şərikəm” dedi, ev almaq adı ilə işçisinin 30 min manatını ələ keçirdi – ŞOK DƏLƏDUZLUQ FAKTI

Masallı rayonu, Füzuli küçəsi 60-da yaşayan Bilalov Üzeyir Abı oğlu “Hürriyyət”in redaksiyasına müraciət edib. Şikayətçi oğlu Bilalov Ədalət Üzeyir oğlunun dələduzluqla üzləşdiyini və özünün zərərçəkən olmasına rəğmən, qanunsuz olaraq 4 il müddətinə həbs olunduğunu bildirir.

 Naxçıvan “canişinliyi”nin məmurları Bakıya niyə qaçırlar... - İLGİNC GƏLİŞMƏ...

2022-ci ilin sonlarında Naxçıvan sakinləri 30 ildə ilk dəfə böyük bayram əhval ruhiyyəsi yaşadılar. Muxtar Respublikanı Azərbaycanın “Şimali Koreya”sına çevirən Vasif Talıbov istefa ərizəsi yazaraq öz işindən uzaqlaşmış, üzərindən az keçməmiş 22 dekabr 2022-ci il tarixində Fuad Nəcəfli adlı birisi Naxçıvan MR-da Prezidentin səlahiyyətli nümayəndəsi təyin olunmuşdu. Tərcümeyi-halında ODTÜ məzunu kimi təqdim olunan bu adamın Muxtar Respublikaya yeni rəhbər təyin edilməsi hər kəsi sevindirmişdi. Hər kəs düşünürdü ki, dünyagörmüş, Türkiyənin ən qabaqcıl universitetlərindən birindən məzun olan bu şəxsiyyət hər halda “XX əsr”i “xı-xı əsr” kimi oxumayacaq biridir; dolayısıyla Naxçıvana yeni idarəçilik qaydaları gətirəcək və tarixində ilk dəfə bu torpaqlarda qurd quzuyla otlayacaq.

Bank şəhid atasını məhkəməyə verdi: Kömək edin!

Ata-oğul birlikdə təsərrüfatı böyütmək üçün “Access Bank”dan 3 il müddət olmaqla 15 min manat kredit götürmüşdük və bunu da vaxtında ödəmişik. Elə aylar olub ki, vaxtından tez də ödənişlər olub. Amma oğlum şəhid olandan sonra bu pulu ödəməyə imkanıməz çatmadı, borclar yığıldı qaldı.