banner
banner

Krİmİnal

Ağcabədidə DƏHŞƏT: qardaşı arvadını öldürdü

Ağcabədidə DƏHŞƏT: qardaşı arvadını öldürdü

Mayın 2-də Ağcabədi rayon sakini 34 yaşlı Nəzmiyyə Məhərrəmovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğundan Cia.az-a verilən xəbərə görə, araşdırma zamanı 32 yaşlı Elgiz Məhərrəmovun rayonun Sarıcalı kəndi ərazisində yerləşən fərdi yaşayış evində Nəzmiyyə Məhərrəmovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elgiz Məhərrəmov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

Mayın 2-də saat 15 radələrində Ağcabədi rayonunun Sarıcalı kəndi ərazisində 34 yaşlı Məhərrəmova Nəzmiyyə Vitalif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qaynı 32 yaşlı Məhərrəmov Elgiz Sərhad oğlu saxlanılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Qusar rayonunda ekoloji hüquqpozmaların törədilməsi və digər qanun pozuntuları üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluqda başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

Məşhur aktrisa SAXLANILDI - FOTO

Türkiyənin ən çox izlənən “Kızılcık Şerbeti” serialında 'Nilay' obrazını canlandıran Feyza Civelek narkotik sifarişi etdiyi üçün polis tərəfindən saxlanılıb.