banner
banner

Sosİal

Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır - Camaat az qala göyərçin vasitəsilə xəbərləşir...

Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır - Camaat az qala göyərçin vasitəsilə xəbərləşir...

Şəmkir rayonu Mehrili kəndinin sakinləri internetin yoxluğundan şikayətçidirlər. 

Cia.az xəbər verir ki, AYNA-ya danışan sakinlərin dediklərinə görə, 370 ailənin yaşadığı kənddə heç vaxt ev telefonları və internet olmayıb.

Kənd sakini Famil Mehdixanov bildirir ki, qonşu kəndlər sürətli internetlə təmin olunub, Mehrilidə isə heç bir iş aparılmır: “Kəndimizdə internet yoxdur. Heç vaxt da olmayıb. İndi aşağı kəndlərə çəkiblər, 2 kilometr o yandakı kənddə var, bizdə isə yoxdur. Pandemiya vaxtı internet olmadığından uşaqlar dərslərə qoşula bilmədilər”.

Digər sakin Kamil Əliyev gileylənir ki, vəziyyətdən çıxmaq üçün yalnız mobil internetdən istifadə edirlər: “Mobil internetdən də, cibimizin pulunun getməsinə baxmayaraq, normal istifadə edə bilmirik. Kəndin hər yerində mobil şəbəkə tutmur. Evə girəndə internetlə də, şəbəkə ilə də, əlaqə kəsilir. O gün 30 manatlıq internet yüklədim, heç 14 gün getmədi”.

Camaatın danışdığına görə, hər ailə evdə mobil internetə ay ərzində, orta hesabla 60-70 manat pul xərcləyir. Əvəzində isə normal istifadə edə bilmirlər.

Kənd sakini Müzadil Qurbanov problemlə bağlı rəsmi qurumlara müraciət ünvanlamadıqlarını deyir: “Biz kəndçi adamlarıq, nə bilirik, hara üz turaq, kimə nə deyək. Tanıdığmız təkcə bələdiyyəmiz, kənd icra nümayəndəsidir, sözümüzü onlara deyirik. Bu kəndin, demək olar ki, hər şeyi var. Bir əziyyət çəkdiyimiz internetdir, xahiş edirik, bizim kəndimiz də internetlə təmin olunsun”.

Qonşu kəndlərin “Azeronline” internet provayderi tərəfindən yeni sürətli internetlə təmin olunması Mehrili camaatında da ümid yaradıb. Lakin ərazidə işləyən işçilər tərəfindən onlara bildirilib ki, bu kəndə internet çəkilməsi lahiyədə yoxdur. Buna səbəb kimi isə kəndin çox dağınıq şəkildə yerləşməsi və internet çəkilməsinin rentabelli olmaması göstərilib.

Məsələ ilə bağlı “Azeronline LTD”-nin rəsmisi Səbinə Təvəkkülova AYNA-nın sorğusuna cavab olaraq bildirib ki, Mehrili kəndinin inernetləşməsi 2024-cü il üçün nəzərdə tutulub və sakinlər iyun ayının sonuna kimi internetlə təmin olunacaqlar.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda əhalinin sayı açıqlandı

Ölkə əhalisinin sayı ilin əvvəlindən 9 min 16 nəfər və ya 0,1% artaraq 2024-cü il aprel ayının 1-i vəziyyətinə 10 milyon 189 min 786 nəfərə çatıb.

Bu rayonlara QAR yağdı

Mayın 15-i saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağa və Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağıb. Düşən yağıntının miqdarı Balakəndə 28 mm, Lerikdə 26 mm, Naxçıvanda 22 mm, Qəbələ, Şahbuzda 17 mm, Zaqatalada 16 mm, Şəkidə 15 mm, Oğuz, Culfada 13 mm, Astara, Şərurda 12 mm, Lənkəranda 11 mm, Gədəbəydə 10 mm, Daşkəsən, Göygöldə 9 mm, Şamaxıda 8 mm, Qobustan, Qax, Şəmkir, Sədərək, Ordubadda 7 mm, Gəncə, Tovuz, Yardımlı, Göyçay, İsmayıllı, Mingəçevir, Ağsu, Ceyrançöl, Kürdəmir, Tərtər, Beyləqan, Neftçala, Naftalan, Altıağac, Quba, Qusar, Ağstafa, Xaltan, Qrız, Şabran, Şahdağ, Yevlax, Zərdab, Cəfərxan, Biləsuvar, Bərdə, Cəlilabad, Ağdamda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub. Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Qax, Şəki, Şamaxı, Qusar, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 6-11, Aran rayonlarında 12, dağlıq rayonlarda 0-4 dərəcə isti olub. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 18-dək davam edəcəyi gözlənilir.

Bu şəxslərin maaşı artdı

2024-cü il aprelin 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1748,9 min nəfər olub, onlardan 899,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 849,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.