banner
banner

Şou

Manaf Ağayev bu dairədən deputat olmaq istəyir

Manaf Ağayev bu dairədən deputat olmaq istəyir

Azərbaycanda 2024-ci ilin sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçiriləcək. Prosesə hazırlıq dövründə mətbuatda və sosial şəbəkələrə namizədlərin gündən-günə artdığını müşahidə edirik. Hətta aparılan müzakirələrdə tanınmış şəxslərin parlament seçkilərinə qatılacağı haqqında iddialara, ayrı-ayrı insanların deputat olmasını istəyən şəxslərin fikirlərinə də rast gəlirik. Ən çox adıçəkilən tanınmışlar sırasında Manaf Ağayev də var.

Cia.az İnterpress.az-a istinadən xəbər verir ki, müğənni Manaf Ağayev bütün əlaqələrini işə salaraq deputat olmaq üçün hərəkətə keçdiyi iddia edilir. Məlumata görə, müğənni seçkilərlə bağlı prosesə həmyerlisi olan bir çox sənət dostlarını da cəlb edib.

Mənbənin məlumatına görə, Manaf Ağayev 84 saylı Füzuli seçki dairəsindən namizəd olacağını deyir. Hal-hazırda həmin dairənin deputatı tanınmış iqtisadçı Vüqar Bayramovdur.

Qeyd edək ki, Manaf Ağayev 24 aprel 1964-cü ildə Füzuli rayonunun Şıxlı kəndində anadan olub. Orta təhsilini Füzuli rayonunda alıb.

1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin “Mədəni-Maarif” fakültəsinə daxil olub.

2009-cu ildə “Toylar Kralı” yarışmasının qalibi olub.

Manaf Ağayev 18 fevral 2022-ci ildə Füzuli rayonuna müvafiq icazələr olmadan qanunsuz daxil oldu.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.

"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" - Foto

"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".