Azərbaycanda 15 yaşına çatmamış vətəndaşların elektron sağlamlıq kartlarında yazılmış informasiya yeni nəsil şəxsiyyət vəsiqələrində əksini tapacaq. Cia.az-ın məlumatına görə, bunu Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib. Onun sözlərinə əsasən, hazırda elektron kartlardakı məlumatların şəxsiyyət vəsiqələrinin çiplərinə hansı mərhələdə daxil ediləcəyi müəyyənləşdirilir. Qeyd edək ki, elektron sağlamlıq kartları Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanır və poliklinikalar vasitəsilə yeni doğulmuş körpələrin valideynlərinə və tibb müəssisələrinin pasiyentlərinə təqdim edilir.
Kartlarda vətəndaş haqqında şəxsi məlumatlar, tibbi və sosial sığorta və s. haqqında informasiyalar yer alır. İnformasiya tibb müəssisəsinin xidməti məlumatlarının operativ mübadiləsinə imkan verən vahid məlumat bazasında yerləşdirilir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.