banner
banner

Sosİal

Yeni şəxsiyyət vəsiqəsi belədir- FOTOLAR

Yeni şəxsiyyət vəsiqəsi belədir-

Azərbaycanda 15 yaşına çatmamış vətəndaşların elektron sağlamlıq kartlarında yazılmış informasiya yeni nəsil şəxsiyyət vəsiqələrində əksini tapacaq. Cia.az-ın məlumatına görə, bunu Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.
Onun sözlərinə əsasən, hazırda elektron kartlardakı məlumatların şəxsiyyət vəsiqələrinin çiplərinə hansı mərhələdə daxil ediləcəyi müəyyənləşdirilir.
Qeyd edək ki, elektron sağlamlıq kartları Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanır və poliklinikalar vasitəsilə yeni doğulmuş körpələrin valideynlərinə və tibb müəssisələrinin pasiyentlərinə təqdim edilir.

Kartlarda vətəndaş haqqında şəxsi məlumatlar, tibbi və sosial sığorta və s. haqqında informasiyalar yer alır. İnformasiya tibb müəssisəsinin xidməti məlumatlarının operativ mübadiləsinə imkan verən vahid məlumat bazasında yerləşdirilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.