banner
banner

Sosİal

Azərbaycanın 2-ci böyük şəhərindən ŞİKAYƏT

Azərbaycanın 2-ci böyük şəhərindən ŞİKAYƏT

Gəncə şəhərində köhnə Nizami kinoteatrının arxa hissəsində yerləşən Vatutin küçəsinə 2 həftədən çoxdur ki, qaz verilmir.

Adıçəkilən küçənin sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, 15 gündür ki, evlərə ya qaz verilmir, ya da elə verilir ki, nəinki evləri qızdırmaq, heç yemək bişirmək də mümkün deyil.

Sakinlər deyir ki, Vatutin küçəsində bir çoxlarının evi ikimərtəbəlidir. Birinci mərtəbəyə cüzi miqdarda qaz gəlsə də ikinci mərtəbəyə qaz ümumiyyətlə gəlmir.

"Bəlkə bəzilərinin mətbəxi 2-ci mərtəbədədir. İndi neynəsin yemək bişirməsinlər. Bu küçədə 200-dən çox ailə yaşayır. Qazı elə verirlər ki, kibrit ondan güclü yanır. "Smart-kart" tipli sayğaclar quraşdırdılar. Pulumuzu vururuq, amma qaz gəlmir. Gəncə kimi böyük şəhərdə belə problemlər olmamalıdır", deyə sakinlər bildirir.

Sakinlər Gəncə şəhər Qaz İstismar İdarəsinə də müraciət ediblər. İdarədən isə bildiriblər ki, hələ qış rejiminə keçilmədiyi üçün qaz az miqdarda verilir.

Sakinlər isə İdarənin bu açıqlamasından narazıdılar.

"Allah üzümüzə baxıb ki, havalar xoş keçir. Birdən soyuqlar tez düşsəydi, ona necə olacaqdı. Yeməyi qızdıra bilmirik, evi necə qızdıracaqdıq", deyə sakinlər bildirir.

Qeyd edək ki, bir neçə həftə əvvəl şəhərin Təbriz küçəsinin sakinləri də qazın verilməməsindən şikayət etmişdilər.

Mövzunu davam etdirəcəyik.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.