Sentyabrın 3-də, saat 06:00-dan 21:00-dək Bakının Bibiheybət və Şıx qəsəbələri, 20-ci sahənin Elçin Əzizov, Ömər Faiq Nemanzadə, Gülbala Əliyev küçələrinin bir hissəsi, Hüseynbala Əliyev, Oqtay Daşdəmirov, Çernyaxovski küçəsi, Mixail Lermontov, Dağlıq küçələri, 4-cü və 6-cı mədən ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
Cia.az xəbər verir k, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Məlumata görə, fasilə Bibiheybət şosesindən Lökbatan dairəsinədək magistral su xəttinin dəyişdirilməsi layihəsi çərçivəsində görüləcək işlərlə bağlıdır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.