banner
banner

Sosİal

Elektron siqaret istifadəçilərinə daha bir BƏD XƏBƏR

Elektron siqaret istifadəçilərinə daha bir BƏD XƏBƏR

Siqareti tərgitmək üçün çox vaxt üstünlük verilən elektron siqaretlərin zərərləri saysız-hesabsızdır. Mütəxəssislər elektron siqaretin daha bir zərərini açıqlayıblar.

Cia.az Publika.az-a istinadən xəbər verir ki, elektron siqaretlər infarkt və ağciyər xəstəliklərinə səbəb olur.

Bununla bağlı türkiyəli həkim Asım Enhoş açıqlama verib. O, elektron siqaretin sağlamlığa təsiri ilə bağlı araşdırmalara istinad edərək xəbərdarlıq edib: 

“Elektron siqaretlər tərkibində nikotin olan mayenin qızdırılması nəticəsində əmələ gələn aerozolların tənəffüs edilməsi nəticəsində istifadə edilir. Bu aerozollar ağciyərlərə daxil olduqda qıcıqlanma və iltihaba səbəb ola bilər. Ağciyərlərə ciddi ziyan vura bilən elektron siqaretlər astmaya səbəb ola bilər. Elektron siqaretlə adi siqaretlər arasında bəzi fərqlər var. Araşdırmalar göstərir ki, elektron siqaretdən istifadə edənlərdə infarkt riski 2 dəfə artır. Elektron siqaretlər immun sisteminə mənfi təsir göstərir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.