Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 9 və 11-ci siniflər üçün buraxılış imtahanlarının tarixlərini açıqlayıb. Cia.az-ın komissiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ilk imtahan iyunun 2-də, sonuncu isə iyunun 16-da keçiriləcək. Belə ki, buraxılış imtahanları iyunun 2-də Bakıda, İyunun 6-da Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, Sumqayıt, Abşeron, İyunun 11-də Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən, İyunun 16-da Lənkəran, Astara, Masallı, Lerik,Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Xocavənd, Füzuli, Beyləqanda olacaq.
Cia.az
18.11.2026 - 16:52
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
18.11.2026 - 15:24
Parlament Azərbaycanda uşağın anadan olmasına görə və dəfn üçün ödənilən məbləğin artırılması təklifini ilk oxunuşda qəbul edib.
18.11.2026 - 13:27
Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
18.11.2026 - 03:18
Hərbçilərin yeni xidmət yerinə köçən həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur.
17.11.2026 - 16:43
Qobu qəsəbəsini “Avtovağzal” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 567 nömrəli müntəzəm marşrutun avtobusları yenilənir.
16.11.2026 - 09:58
Marketə siyahısız gedən və evinə ehtiyacından artıq məhsulla qayıdanlar üçün sosial şəbəkələrdə populyarlaşan 6-5-4-3-2-1 üsulu diqqət çəkir.
14.11.2026 - 10:09
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
13.11.2026 - 09:34
Dünyada yalnızca Türkiyənin Antalya bölgəsində bitən Termessos zəfəranı bioloji qaçaqmalçılıq və nəzarətsiz toplanma təhlükəsi ilə üzləşib.
13.11.2026 - 09:32
Bu gün Bakının Nəsimi rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
12.11.2026 - 18:25
Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yol hərəkətinin təşkili sakinlər üçün ciddi narahatlığa çevrilib.
12.11.2026 - 11:44
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
11.11.2026 - 16:50
"Bəzi hallarda şəhid ailələrinə, müharibə əlillərinə və hərbçilərə mənzil əvəzinə pulun verilməsi təklif olunur".