banner
banner

Sosİal

Tahir Əmiraslanovdan “bu milli xəyanətdir” iddiası- ŞOK AÇIQLAMA

Tahir Əmiraslanovdan “bu milli xəyanətdir” iddiası- ŞOK AÇIQLAMA

Dolma yeməyi Baltikyanı ölkələrin maddi mədəni milli irsi elan edilib.

Cia.az xəbər verir ki, bu barədə Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov sosial media hesabında yazıb. O bildirib ki, bu məsələdə məsuliyyət Dövlət Turizm Agentliyinin üzərinə düşür:

“1988-ci ildən başlayaraq mətbəx davamızda dolma lakomotiv idi . Dövlət Turizm Agentliyinin gücüylə ASCA (Amerika Kulinariya İncəsənət Məktəbi) WACS-a (Dünya Aşpazlar Cəmiyyətləri Assosiasiyası) gətirildi. 2022-ci ildə sədr müavini səviyyəsində mətbuata verdikləri sözü yerinə yetirdilər.

ASCA-nın Worldchefs-World Association of Chefs Societies -in milli irs komitəsinə gətirilməyi sən demə, buna görəydi.

Milli irs komitəsinə yerləşdirilmələri 3 ay deyil dolmanı artıq Baltikyanı ölkələrin maddi-mədəni milli irsi elədilər. Bu Dünya Aşpazlar Cəmiyyətləri Assosiasiyası ilə birlikdə bir ildə 2,9 milyon pul silməkdən betər oldu ki!

3 aya bizim 37 illik davamızı, zəhmətimizi yerlə yeksan etdilər.

Artıq Dövlət Turizm Agentliyindən xaricə dövlət sirlərinin sızdırılması heç təccüblü deyil”, -T. Əmiraslanov deyib. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.