Azərbaycanda pensiyalar nə vaxt artırılacaq? - İlkin tarix
Azərbaycanda pensiyalar ildə bir dəfə indeksləşdirilsə də, inflyasiya fonunda yeni artımlar gözlənilir. Bildirilir ki, xüsusilə ərzaq və dərman qiymətlərindəki artımla müqayisədə yeni artımlar tətbiq edilməlidir.
Cia.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Globalinfo.az-a açıqlamasında bununla bağlı yaxın zamanlarda əlavə qərarların olmasının mümkün olmadığını bildirib:
“Çünki büdcənin formalaşması artıq başa çatıb. Ola bilər ki, iyun ayında büdcəyə yenidən baxılsın və müəyyən dəyişikliklər olsun. Amma mövcud indeksləşmə, yəni təqaüdlərin artırılması gözləntilərə cavab vermir. Ümumiyyətlə, Azərbaycanda təqaüdlərin hesablama qaydası, həcmi suallar yaradır. Fikrimcə, qanunvericilikdə dəyişikliklər, islahatların olması qaçılmazdır”.
İqtisadçı bildirib ki, təqaüdlərin hesablanma qaydaları ilə bağlı da iradlar var:
“Uzun müddətdir müzakirələr getsə də, nəticə yoxdur. Bu istiqamətdə əlavə qanunvericilik təşəbbüsləri olmalıdır”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.