banner
banner

Təhsİl

Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ - QİYMƏTLƏR

Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ - QİYMƏTLƏR

Yeni tədris ilinin başlanmasına iki aydan çox vaxt qalsa da, valideynləri indidən maraqlandıran əsas məsələ məktəbli formalarının qiymətidir. Bəs bu il qiymətlərdə dəyişiklik gözlənilir?

Bu suala İctimai TV-nin videomaterialında cavab tapılıb.

Satıcı Günel Salmanovanın sözlərinə görə, hazırda qiymətlər stabil olaraq qalır və ötən ilki qiymətlərlə eynidir. Hazırda ətəklərin qiyməti 15-25 manat, köynəklərin qiyməti 15-20 manat, şalvarların qiyməti isə 15-25 manat arasında dəyişir. Qiymət artımı ilə bağlı suala cavabında satıcı hələlik qiymət artımının gözlənilmədiyini bildirib. Geyim məhsullarının xaricdən, o cümlədən Türkiyədən də gətirildiyini qeyd edən satıcı, qiymətin keyfiyyətə görə dəyişdiyini vurğulayıb.

Qiymətlərin formalaşmasında xammalın maya dəyəri və istehsal xərcləri əsas rol oynayır. Ölkənin əsas geyim tədarükçülərindən olan "Bakı Tikiş Evi"ndən bildirilir ki, hazırda anbarlarda kifayət qədər parça ehtiyatı var. Lakin tələbat kəskin artarsa və əlavə xammal sifariş olunarsa, qiymətlərə yenidən baxıla bilər. "Bakı Tikiş Evi"nin satış şöbəsinin müdiri Etibar Əzimov qeyd edib ki, istehsalçı olaraq məhsulların qiymətlərinə hər il yenidən baxırlar.

Təhsil eksperti Elçin Əfəndi isə hesab edir ki, çoxuşaqlı ailələr üçün vahid məktəbli formasının alışı zamanı xüsusi güzəşt mexanizmi tətbiq edilməlidir. Onun fikrincə, ailədə təhsil alan şagirdlərin sayını təsdiqləyən sənədi təqdim etməklə satış məntəqələrində daha az qiymətlə məhsullardan istifadə etmək olar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.

MİQ üzrə vakant yerlərin SİYAHISI

Naxçıvan Muxtar Respublikası üzrə ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu müsabiqəsinə aid vakant yerlər açıqlanıb.

Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi AÇIQLAMA

Bakıda 315 nömrəli tam orta məktəbdə 8-ci sinif şagirdinə qarşı müəllim tərəfindən qeyri-etik davranış göstərildiyi ilə bağlı iddia gündəmə gəlmişdi. Valideynin sözlərinə görə, şagirdin dərs zamanı saqqız çeynəməsi səbəbilə müəllim onunla sərt rəftar edib və bu, ictimai müzakirələrə səbəb olub.