banner
banner

Şou

Türkiyə mediasından Elnura dəstək- FOTOLAR

Türkiyə mediasından Elnura dəstək-

Bu gecə keçiriləcək “Eurovision 2015” final mərhələsinin nəticəsini hamı böyük həyəcanla gözləyir. 
Finalda çıxış edəcək 27 ölkə arasında Azərbaycanı “O səs Türkiyə”nin qalibi seçilmiş Elnur Hüseynov təmsil edir. 
Qardaş ölkədə çıxışları ilə bir qədər də populyarlaşan azərbaycanlı ifaçıya məşhurlarla yanaşı, yerli mətbuat da dəstək olur. 
Azərbaycanlı iştirakçını həm də öz təmsilçiləriymiş kimi qəbul edirlər və müsabiqəni onu qazanmağını istəyirlər. 
Müsabiqədən bir neçə həftə əvvəl də ölkənin tanınmış simaları video-çarxlar hazırlayaraq, Avropada yaşayan türklərdən Elnur Hüseynova səs verməyi istəmişdilər.
Qeyd edək ki, ölkəmizdə bir sıra yarışmalarda iştirak dərən gənc ifaçı 2008-ci ildə də müğənni həmkarı Samir Cavadzadə ilə birlikdə “Eurovision” səhnəsində yer almışdı. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.