Abid Şərifov xalqla yenə acı danışdı:- Nağıl danışma
Baş nazirin müavini Abid Şərifovun paytaxtın Nobel prospekti, Zığ yolunda yanan binanın narazı sakinləri ilə görüşü olub.
Narazı sakinlər Xətai Rayon İcra Haimiyyətinin başçısı Razim Məmmədovla bərabər ərazini gəzən Abid Şərifova onları narahat edən məsələləri çatdırıblar.
Sakinlərə görüşdə müəyyən qədər gərginlik yaşanıb. Sakinlər binanın təmiri, kompensasiya ödəniməsi kimi məsələləri qaldırsalar da Abid Şərifovun narazı sakinlərlə kobud rəftarı diqqəti çəkib. Belə ki, Abid Şərifov narazı sakinin sözlərini yarımçıq kəsərək “Nağıl danışma” deyib və digər sakinlərə narazılıqlarını bildirməyə imkan verməyib.
Görüş zamanı məlum olub ki, yanan bina və ətrafdakı bütün binalarda balkonları bağlanması tapşırığı verilib. Bu isə sakinlərin narazılığına səbəb olub. Onlar balkonların bağlanmasının ancaq sakinlərin istəyi ilə fərdi qaydada həyata keçirilməsini tələb edirlər.
Qeyd edək ki, A.Şərifov bundan bir gün qabaq da Azadlıq prospektində yanan binanın sakinləri ilə görüş zamanı jurnalistlərlə kobud davranmışdı.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.