Yanan binada yaralananlar sabah evə buraxıla bilər
May ayının 19-da Binəqədi rayonunda yanan binada xəsarət alanlardan 10 nəfərin xəstəxanada müalicəsi davam edir. Bu barədə Mərkəzi Klinik Xəstəxananın Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov ANS PRESS-ə bildirib. Onun sözlərinə görə, hazırda yaralıların vəziyyəti orta-ağırdır.
“Zəhərlənənlərin səhhətində ağırlaşma olmayıb. Hazırda müalicələri davam edir.Bu gün konsilium keçirəcəyik. Ola bilsin ki, sabah xəstələr evə buraxılsınlar”, - deyə Azər Maqsudov bildirib.
Qeyd edək ki, may ayının 19-da Binəqədi rayonunda binanın yanması nəticəsində 15 nəfər ölüb, 56 nəfər xəsarət alıb. Onlardan 35 nəfəri zəhərlənmə diaqnozu ilə Mərkəzi Klinik Xəstəxananın Toksikologiya Şöbəsinə yerləşdirilib. Xəsarət alanlardan 2 nəfər isə 5 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.