banner
banner

Şou

Azərbaycanlı müğənninin Türkiyədə albomu çıxdı

Azərbaycanlı müğənninin Türkiyədə albomu çıxdı

Azərbaycanın tanınmış müğənnisi, əməkdar artist Azərinin Türkiyədə yeni albomu işıq üzü görüb. Cia.az-ın “İHA”ya istinadən verdiyi məlumata görə, albom “Yüreklerde biriz” (Ürəklərdə birik) adı ilə musiqi sevərlərin ixtiyarına verilib. Albomu barədə “İHA” müxbirinə məlumat verən müğənni burda Türkiyənin tanınmış siyasətçisi Muhsin Yazıçıoğlunun “Üşüyürəm” şeirinə bəstələnmiş mahnıya da yer verdiyini açıqlayıb. Müğənni həmçinin Dağlıq Qarabağ münaqişəsinin davam etdiyini və Azərbaycanın bu gün də şəhid verdiyini vurğulayıb. 

“Azərbaycanın sərhəddində hələ də atəşkəs rejimi pozulur. Azərbaycanda doğma yerlərindən didərgin düşmüş 1 milyon qaçqın var. Azərbaycan bu gün də şəhidlər verir. Bütün bunlar qarşısında dünya səssiz qalır. Bu problem qarşısında Türkiyə Azərbaycanın yanında yer aldı və öz böyüklüyünü göstərdi. Amma təəssüf ki, 1 milyon qaçqına və Azərbaycan torpaqlarının hələ də işğal altında olmasına dünya göz yumur. Biz bir ola bilsək bir çox problem həllini tapacaqdır”. 

Müğənni həmçinin albomun ərsəyə gəlməsində əməyi olanlara da öz təşəkkürünü bildirib. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.