Bu il ümumilikdə 47 min 425 şagird buraxılış sinfini bitirir. Onlardan 26 min 924 nəfəri 9-cu sinfin, 20 min 501 nəfəri isə 11-ci sinfin məzunlarıdır. Bunu Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi Cia.az-ın sorğusuna cavab olaraq bildirib. Bundan başqa, qeyd edilib ki, hazırda gələn il birinci sinfə getmək üçün 41 min 7 uşaq qeydiyyatdan keçib. 33 min 310 nəfər isə bu il birinci sinfi bitirib.
Xatırladaq ki, bu ildən etibarən birinci sinif şagirdlərinin qəbulu elektron sistemlə həyata keçirilir.
Elektron sənəd qəbulu sistemindən istifadə üçün valideynlərdən heç bir ödəniş tələb olunmur. Ərizə ilə qeydiyyat sentyabrın 15-dək elektron yolla aparılacaq.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.