Rusiyanın Yekaterinburq şəhərinin prokurorluq orqanları “Miss Rusiya-2015” müsabiqəsinin qalibi Sofiya Nikitçukun jurnalın üz qabığında nəşr olunan şəklinə görə araşdırmalara başlayıb. “Stolnik” jurnalının may ayında işıq üzü görən, Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr edilən nömrəsinin üz qabığında dərc olunan şəklində S.Nikitçuk geyim əvəzinə Rusiyanın bayrağına bürünüb. Rusiya mətbuatı yazır ki, S.Nikitçukun fotosessiyası “Qələbənin zövqü” adlandırılıb. Araşdırmalar adı açıqlanmayan fiziki şəxsin ərizəsi əsasında başlanıb. Güman edilir ki, Yekaterinburq sakininin fotosessiyası ərizə müəllifini təhqir edib.
“Gözəllik kraliçası” isə bu yoxlamalarla bağlı məlumatı KİV-lərdən aldığını, hadisə ilə bağlı prokurorluq orqanlarından heç kimin hələ ona müraciət etmədiyini deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.