Bakıda avtobusda daha bir sürücü özbaşınalığı: Çənəni sındıraram-VİDEO+FOTO
Bakıda sərnişin avtobusunda daha bir sürücü özbaşınalığı baş verib. 10-TH-026 dövlət nömrə nişanlı 88 saylı marşurutun sürücüsü avtobusu idarə edərkən telefonla danışıb. Bu isə sərnişinlərin narazılığına səbəb olub.
Sərnişinlər sürücüyə etiraz edərək bildiriblər ki, avtobusu idarə edərkən telefonla danışmasın. Daha sonra Türkiyə vətəndaşı ilə sürücü arasında mübahisə düşüb.
Sürücü isə bu iradla razılaşmayıb və sərnişinin üzərinə qışqırıb, "çənəni sındıraram" deyib. Halbuki, sürücü avtobusu telefonla danışa-danışa idarə edərkən sərnişinlərin də həyatını təhlükə altına atır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.