banner
banner

Sosİal

Yol polisi sürücünün “İPhone 5”ni sındırdı - Gəncədə

Yol polisi sürücünün “İPhone 5”ni sındırdı

Gəncədə yol polisi sürücünün “İPhone 5” markalı telefonunu sındırıb.

Moderator.az-a yol polisinin özbaşınalığı barədə daha bir məlumat daxil olub.

Bildirilir ki, bir neçə ay öncə bıçaqlanma olayında adı keçdiyinə görə daxili işlər orqanlarından xaric edilən Asim Əliyev sonradan Samux polisində peyda olub və həmin rayonun yol polisində xidmətə başlayıb. Amma köhnə məkanını unuda bilməyən Asim Əliyev xidməti Samuxda deyil, Samuxla Gəncənin sərhəddindəki ərazidə aparıb. Çünki onu Samuxda heç kim tanımasa da Gəncədə tanıyan sürücülər saxlayıb “hal-əhval” tuturlar...

Bu gün günorta saatlarında isə Asim Əliyevlə bir sürücü arasında insident yaşanıb. Belə ki, onun xidməti ərazisi olmayan yerdə sürücüləri saxladıb sənədlərini yoxladığını görən bir Gəncə sakini Asim Əliyevdən niyə ona aid olmayan yerdə maşınları saxladığını soruşub. Bu zaman həmin şəxslə yol polisi arasında insident yaşanıb və Asim Əliyev əl ataraq adı və kimliyi bizə bəlli olan Gəncə sakinin “İPhone 5” telefonunu yerə salaraq sındırıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.