Bakının Nardaran kəndində etiraz aksiyası keçirilib.
Dünən keçirilən aksiyada çıxış edənlər İslam dünyasında baş verən mühüm hadisələr, o cümlədən Səudiyyə və onunla həmrəy olan bir neçə dövlətin Yəmən xalqınına qarşı işlədikləri cinayətləri tənqid ediblər.
Aksiyada həmçinin bəyanat qəbul edilib. Bəyanatda Səudiyyə Ərəbistanının ABŞ və bəzi ərəb dövlətlərinin dəstəyi ilə Yəmənə qarşı həyata keçirdiyi geniş hücumlar nəticəsində indiyədək minlərlə dinc sakinin həlak olması və yaralanması diqqətə çatdırılıb. Bəyanatın mətnində həmçinin Yəmənə edilən hücum nəticəsində bu ölkənin iqtisadi infrastrukturunun, tarixi, dini abidələrinin, məktəb və xəstəxanalarının dağıdılması ümumdünya konvensiyalarına əsasən hərbi cinayət olduğu qeyd edilib və bu cinayətin beynəlxalq ictimaiyyət tərəfindən pislənməsinin vacib olduğu önə çəkilib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.