Azərbaycanda kütləvi zəhərlənmə- Andiçmə mərasimində+Fotolar
Cəlibabad rayonunda kütləvi zəhələnmə baş verib.
Əslən Tovuzun Ağdaş kəndindən olan 18 nəfər şəxs qohumlarının andiçmə mərasimində iştirak etmək üçün Cəlilabadın Göytəpə qəsəbəsinə gəliblər.
Qohumlar Göytəpədə evdə bişirilmiş yeməklərdən süfrə açıblar və kütləvi zəhələnmə də məhz bu yemək tədarükündən olub.
Zəhərlənənlərdən 7 nəfəri Cəlilabad Rayon Xəstəxanasına çatdırılıb. Onların arasında 2 azyaşlı uşaq da var, xəstələrin birinin vəziyyəti ağırdır.
İlkin məlumata görə, zəhərlənmə dolmadan baş verib.
***
Zəhərlənən şəxslər 1951-ci il təvəllüdlü Bayramava Ədalət, 1943-cü il təvəllüdlü Həsənova Minayə Qoca qızı, 1980-cı il təvəllüdlü Həsənova İlhamə Tağı qızı, 1963-cü il təvəllüdlü Həsənova Aygül Zeynalabidin qızı, 2010-cu il təvəllüdlü Əsədov Murad İlqar oğlu, 2003-cü il təvəllüdlü Həsənov Pənah Qoca oğlu və 1964-cü il təvəllüdlü Rüstəmov Qurban Taptıq oğludur. Onlardan Bayramova Ədalətin vəziyyəti orta ağır olaraq qalır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.