Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 12:00-dək Cəlilabad rayonunun bir hissəsinə, saat 14:00-dək Abşeron rayonunun bir hissəsinə, saat 15:00-dək Sabirabad, Hacıqabul, Nərimanov, Xətai və Kürdəmir rayonlarının bir hissəsinə, saat 14:00-dan 18:00-dək Masallı rayonunun bir hissəsinə, saat 17:00-dək Qazax rayonunun bir hissəsinə, saat 18:00-dək Şabran rayonuna, Xaçmaz, Tovuz, Qobustan və İsmayıllı rayonlarının bir hissəsinə, işlər başa çatanadək isə Qaradağ, Xəzər və Binəqədi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.