banner
banner

Sosİal

Sumqayıtda ölən körpə haqda nazirlikdən açıqlama

Sumqayıtda ölən körpə haqda nazirlikdən açıqlama

Ötən gün Sumqayıt şəhərində yerləşən 1 saylı doğum evində yeni dünyaya gələn körpənin həyatını itirməsi haqqında məlumat vermişdik. Körpənin valideyinləri uşağın ölümündə mamaçanı günahlandıraraq uşağın onun əlindən düşərək öldüyünü bildiriblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli hadisə ilə bağlı AzVision.az-a açıqlamasında bildirib ki, uşağın ölümünə səbəb onun beyninə qansızması olub. “Uşağın anası xroniki anemiya xəstəsi olub, buna görə də körpə ürək qüsuru ilə doğulub. Doğuş zamanı göyərti və s. müşahidə olunub. Rentgenin də nəticəsi göstərir ki, ürək sol tərəfdən çox genişlənib. Onun nəticəsində də beyinə qansızma baş verib. Qansızma da olanda beynin daxilini travmalayır. Həkim valideyinlərə deyib ki, uşağın beynin daxilində travma olub. Valideyinlər də yalnış anlayıb, deyirlər ki, uşaq yerə dəyib travma alıb. Belə bir şey olarsa prokurorluq orada olardı və həmin həkimi həbs edərdilər. Əslində həkimin səhvidir ki, valideyinlərlə professional terminlərlə danışıb. Onu daha sadə variantda uşağın yaxınlarına izah etməli idi”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.