banner
banner

Sosİal

Diqqətli olun! Restoranda yeməyinizə tüpürə bilərlər...

Diqqətli olun!

Bu qəribə əhvalat sosial şəbəkədə qarşımıza çıxıb. Məsələnin hər kəsi maraqlandıra biləcəyini düşündük.

Facebook istifadəçilərindən biri yazır ki, hadisə bir neçə gün öncə paytaxtın məşhur restoranlarından birində baş verib. İki mərtəbəli restoranın birinci mərtəbəsində yer olmayıb deyə müştəri ikinci mərtəbədə oturmaq istəyib. Həmin mərtəbədə hava isti olduğu üçün ofisiantdan tələb edib ki, kondisionerləri qoşsun. O, müştərinin göstərişini yerinə yetirməyib və "müdiriyyət qoymur" deyə cavab verib. Administrasiyaya narazılığını bildirdikdən sonra kondisionerləri qoşublar.

Sonradan həmin müştəri içməyə şirəli su istəyib. Ona başqa şirəli su gətiriblər. Bu cür mübahisələr davam edərəkən, özü də hiss etmədən başqa adam onlara xidmət göstərməyə başlayıb və narazılıqlar aradan qalxıb. Hesabı ödəyib çıxmaq istəyəndə onlara xidmət edən şəxs onu saxlayıb və bu sözləri deyib:

"Mən ofisiant deyiləm administratoram, geyimimə fikir versəydiz, bilərdiz. Sizdən xoşum gəldi deyə özüm qulluq etdim. Amma bir də ofisiantlarla o cür acı danışmayın. Adətən onları əsəbləşdirəndə gətirdiklərinin içinə tüpürürlər"

Bu sözləri eşidən müştərinin halı dəyişəndə administrator narahatçılıq üçün əsas olmadığını deyib.

"Sizin sifarişləriniz təmiz idi. Amma bir də belə etməyin".

Həmin administrator və əhvalatı paylaşan Facebook istifadəçisi, bəlkə də, hər gür restoranda ofisiantlarla kobud davrananların üzərinə soyuq su çilədi.

Bizim bu mövzuda deyəcək sözlərimiz çox deyil. Bu, elə bir məsələdir ki, ona görə hansısa restoran rəhbərini qınamaq da olmaz. Çünki ofisiantların yeməyə tüpürmək vərdişlərinə nəzarət mexanizmi də tapmaq çətindir.

Ümidimiz yalnız ofisiantın vicdanına bel bağlamağa qalıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.