Türkiyədə iki həftə əvvəl başından vurulan məşhur musiqi yarışmasının iştirakçısının səhhətində irəliləyiş var. On iki gündür Qazi Yaşargil xəstəxanasının reanimasiya şöbəsində müalicə olunan gənc müğənni Mutlu Kaya ötən gün oyanaraq kənardakılara reaksiya verib. M.Kaya gözlərini açan vaxt yanında olan bacısı Songülün danışıqlarına gözlərini açıb-bağlayaraq cavab verib.
Xəbəri eşidən M.Kayanın 60 yaşlı atası qızının səhhətindəki bu irəliləyişə çox sevinib və sanki yenidən dünyaya gəldiyini deyib.
Xatırladaq ki, Türkiyənin reytinqli televiziyalarından birində yayımlanan “Səsi çox gözəl” yarışmasında parlayan Mutlu Kaya adlı iştirakçı mayın 18-də yaşadığı evdə başından vurulub. Diyarbəkirdə məktəblərdən birinin bufetində işləyən 19 yaşlı Mutlu Kayanı Sibel Can İstanbula “Səsi çox gözəl” musiqi yarışmasında iştirak etmək üçün gətirmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.