Xəzəryanı ölkələr nərəkimilərin kommersiya ovuna qoyulmuş qadağanın müddətinin uzadılmasına dair razılığa gəliblər. Bu barədə "RİA Novosti" məlumat yayıb. Qərar Sankt-Peterburqda Xəzər dənizinin su bioresursları Komissiyasının 35-ci iclası zamanı qəbul edilib.
Tədbirdə bütün Xəzəryanı ölkələrin - Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan nümayəndələri iştirak ediblər.
Bu qərar 2016-cı ilin sonunadək qüvvədə olacaq. Bu balıqların ovu yalnız elmi-araşdırma, süni yetişdirmə məqsədi ilə həyata keçiriləcək.
Əldə edilən elmi araşdımalara görə, Xəzərdə nərəkimilərin ehtiyatı azalmağa davam edir. Tərəflər razılığın tezliklə ratifikasiyası üçün lazımı dövlətdaxili prosedurları sürətləndirmək barədə də razılıq əldə ediblər.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.