banner
banner

Sosİal

Rayon qeydiyyatlı maşınlar Bakıya girişdə belə saxlanılır

Rayon qeydiyyatlı maşınlar Bakıya girişdə belə saxlanılır

I Avropa Oyunları ilə əlaqədar olaraq bu gün 16:30-dan başlayaraq rayon qeydiyyatında olan avtomobillərin Bakı şəhəri ərazisinə girişinə qadağalar tətbiq olunmağa başlanılıb. 

Cia.az xəbər verir ki, bu barədə report-a Baş Dövlət Yol Polisi İdarəsinin 6-cı tağımının baş inspektoru, polis baş leytenantı Bakir Həsənov məlumat verib. 

Onun sözlərinə görə, Bakı şəhəri ərazisinə daxil olmaq istəyən sürücülərə tövsiyə olunur ki, ya hərəkət istiqamətini dəyişsinlər, ya da nəzərdə tutulmuş dayanacaqlarda avtomobillərini park edərək marşurut avtobuslarından istifadə etməklə şəhərə daxil olsunlar: “Bütün bunlar vətəndaşların Bakı şəhəri ərazisinə daxil olmasını qadağan etmir. Sadəcə, Olimpiya iştirakçılarının, idamançıların və sakinlərin təhlükəsizliyini təmin etmək, eyni zamanda, sıxlığın və tıxacların qarşısını almaq məqsədilə I Avropa Oyunları bitənə qədər bu kimi vasitələrdən istifadə olunacaq”.

B.Həsənov əlavə edib ki, DYP-nin əməkdaşları təyin olunan ərazilərdə 24 saat xidmət aparacaqlar: “Burada təkcə rayon qeydiyyatında olan maşınlar deyil, eyni zamanda, texniki nasaz olan avtomobillər də Bakı şəhəri ərazisinə buraxılmayacaq. Avtomobillərin ön və arxa hissələrində müəyyən detalların olmaması, əlavə avadanlıqlar quraşdırılan avtomobillərin də Bakı şəhəri ərazisinə daxil olmasına qadağalar qoyulub. Bütün bunlara nəzarət isə DYP əməkdaşlarına həvalə olunub və onlar təyin olunan ərazilərdə növbəli şəkildə 24 saat xidmət aparacaqlar”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.