banner
banner

Şou

Nadir Qafarzadə aparıcıları təhqir etdi

Nadir Qafarzadə aparıcıları təhqir etdi

Müğənni Nadir Qafarzadə televiziya aparıcılarının verilişlərdə onun adını hallandırmasına sərt şəkildə münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, müğənni "İnstagram" səhifəsində televiziya aparıcıları barəsində təhqiramiz ifadələr işlədib.

“Bir çox aparıcılara mesajım var. Gedin işinizlə məşğul olun. Verilişlərinizdə mənim adımı hallandırmaqla özünüzə reytinq yığmayın. Mən kefdə-damaqda, istirahətdəyəm. Siz haradasınız? Əgər verilişiniz uğursuz alınırsa, mənim günahım yoxdur. Mənim yerim daim yüksəkdədir. Sizinsə yeriniz görünmür. Aranızda elələri var ki, neçə illərdir səhnədədir, amma tamaşaçı hələ onu tanımır. Çünki duzsuzdur! Şitquludur! Sizin kimiləri qapımda it yerinə bağlamaram. Çünki mənim itim hörmətlidir.” - deyə o sosial şəbəkədə TV aparıcılarını təhqir edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.