Müğənni Zamiq Hüseynov tədbirlərin birində fotokameramız qarşısına keçərək, şəkillər çəkdirib. Axşam.az-a açıqlama verən ifaçı formada qalmağının sirrini də bölüşüb:
“Əvvəl nə gəldi yeyirdim. Sonra mədəmdə güclü ağrılar başladı, çoxlu dərman qəbul etdim. Xeyri olmadı. Başladım sağlam qidalanmağa. Səhər yeməyi yeyirəm. Gün ərzində bircə dəfə bir dilim qara çörək qəbul edirəm. Qədərindən artıq qida istifadə etmirəm. Beş ildir dayanmadan idmanla məşğul oluram. İndi həm çəkim qaydasındadır, həm də orqanizmim sağlamdır”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.