Bakıda son 5 ayda toplanan məişət tullantıları arasından 52 kiloqramadək müxtəlif növdə qəpik yığılıb. Həmin pullar “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə (ASC) aid Balaxanıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənərək zibil kütləsindən ayrılıb.
“Təmiz Şəhər” ASC-in mətbuat katibi Vüqar Babayevin AzNews.az-a verdiyi məlumata görə, şəhərin müxtəlif hissələrindən toplanmış tullantılar Balaxanıdakı çeşidləmə zavoduna gətirilir. Burada isə qarışıq tullantının tərkibindən təkrar emal üçün yararlı sayıla biləcək dəmir, şüşə, kağız, plastik hissələr seçilərək çeşidlənir və uyğun təkrar emal zavodlarına göndərilir: “Bu zaman tullantıların içindən tapılan əşyalar da tullantıdan ayrılır. Bu tapıntılar arasında bəzən vacib sənədlər, silah hissələri və ya pul olur. Yığılan bu tip əşyalar aidiyyatı qurumlara təhvil verilir. Son 5 ayda toplanan qəpiklər təmizlənib yığılaraq Mərkəzi Banka təhvil olunacaq və qəpiklərin dəyəri qədər kağız pullarla əvəz olunacaq. “Təmiz Şəhər” ASC həmin vəsaitlə xeyriyyə məqsədilə müxtəlif hədiyyələr alaraq Bakıda yerləşən uşaq evlərindən birinə bağışlayacaq”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.