banner
banner

Sosİal

Bakıda avtobusların yolu yenidən dəyişdirilir

Bakıda avtobusların yolu yenidən dəyişdirilir

Bu gün Bakıda bəzi sərnişin avtobuslarının hərkət istiqamətində dəyişiklik edilib. Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib. Onun sözlərinə görə, bu dəyişiklik müvəqqətidir.

“Bu gün paytaxtda keçiriləcək I Avropa Oyunlarının baş məşqi keçirilir. Bu səbəbdən yollarda avtomobil sıxlığının qarşısını almaq üçün sərnişin avtobusları bəzi ərazilərə buraxılmır. Ona görə də, bir neçə sərnişin avtobusunun hərəkət istiqaməti dəyişdirilib”, - deyə Namiq Həsənov bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, bu dəyişiklik iyunun 12-də də baş verəcək. Bundan əlavə, oyun zamanı da, bəzi avtobus xətlərinin hərəkət istiqaməti uzadıla, yaxud qısaldıla bilər. 

Qeyd edək ki, ötən gündən etibarən Bakıda 5, 6, 13, 18 saylı avtobus xətlərinin hərəkət istiqaməti dəyişdirilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.