Azərbaycan dövlət televiziyasının aparıcısı Emil Şahzadə evləndi.
Teleaparıcı sevib-seçdiyi Könül adlı xanımla ailə həyatı qurub.
Cütlüyün toy mərasimi dünən Yaxt Klubda baş tutub. Toy məclisində bəylə gəlinin doğmaları ilə yanaşı sənər adamları, media nümayəndələri, eləcə də siyasətçilər iştirak edib.
Bu ilin mart ayında nişanlanan Emil və Könül toydan bir müddət əvvəl rəsmi nikaha girmişdilər. Teleaparıcının keçən ay paylaşdığı şəxsiyyət vəsiqələrinin fotosunda hər ikisinin evlilik vəziyyətinin evli olaraq qeyd olunmasını görürük.
Toydan eksklüziv fotoları Axşam.az-a və Hacı Nuran Hüseynova istinadən oxucularımıza təqdim edirik:
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.