banner
banner

Sosİal

Nazirlik Avropa Oyunlarından sonraya söz verdi

Nazirlik Avropa Oyunlarından sonraya söz verdi

Avropa Oyunları üçün paytaxta gətirilən yeni avtobusların sonrakı aqibəti hamı üçün maraqlıdır. “Bakı 2015”dən sonra standartlara cavab verən bu ictimai nəqliyyat vasitələrinin təyinati necə olacaq?
Nəqliyyat Nazirliyindən verilən məlumata görə, yeni gətirilən avtobuslar Bakıda keçiriləcək I Avropa Oyunlarından sonra da sərnişinlərə xidmət göstərəcək. Həmin avtobuslar paytaxtın mərkəzində işləyən marşrut xətlərində işləyəcək.

Yeni marşrutlar əsasən mərkəzdəki avtobus xətlərinə buraxılacaq. Ehtiyac olduğu təqdirdə əlavə yeni və müasir standartlara cavab verən avtobusların da gətirilməsi plandadır. Məqsəd vətəndaşlara yüksək səviyyəli xidmətin göstərilməsidir. Köhnə avtobusların isə xətdən çıxarılması planlaşdırılır. Artıq avtobus parkı da yenilənib.

Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənovun sözlərinə görə, Avropa Oyunlarından sonra da bu proses davam etdiriləcək: "Çünki sürücüyə hər zaman ehtiyac var. Avtomobil nəqliyyatının məlum tələblərinə görə 21 yaşından yuxarı, eyni zamanda 3 ildən aşağı təcrübəsi olmayan şəxslər mütləq bu işə cəlb olunmaldır. Bu gün peşakar sürücüyə, xüsusən də avtobus sürücülərinə böyük ehtiyac var”.

Yeni avtobuslarda sərnişinlərin rahatlığı üçün lazım olan bütün vasitələrlə təchiz olunub. Avtobusda kondisioner, havalandırma, soyutma və istiləşdirmə sistemləri var. Bu avtobuslardan həmçinin əlilər də istifadə edə biləcəklər. Avtobusları idarə etmək üçün xüsusi geyimli sürücülər ayrılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.