banner
banner

Şou

Röyanın aparıcılıq istəyi gözündə qaldı - Anons da etmişdi - EKSKLÜZİV

Röyanın aparıcılıq istəyi gözündə qaldı -

Müğənni Röya Ayxanın “Azad Azərbaycan” telekanalında aparıcılıq etmək istəyi baş tutmayıb. İfaçının bir neçə ay öncə anons etdiyi “Röya Show” adlı proqram yayımlanmayacaq. Məlumata görə, ifaçı verilişin sponsorları ilə razılığa gələ bilməyib.

Xatırladaq ki, R.Ayxan bu ilin yanvarında açıqlama verərək bildirmişdi ki, aparıcılığa başlayacaq: “Xəbəriniz olsun, bir aya çox böyük və möhtəşəm bir televiziya verilişi ilə evinizin qonağı olacam. 8 aydır üzərində çalışılan proqramda iki saat sizinlə oxuyub, deyib-güləcəyik". Bundan əlavə ifaçı verilişin anonsunu da sosial şəbəkədəki səhifəsində paylaşmışdı.

Qeyd edək ki, Röya 2008-ci ildə “Lider” kanalında yayımlanan "Özümüz bilərik" tok-şousunun aparıcısı olub.

 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.